Xeyriyyə təşkilatlara və təşəbbüsslərə informasiya dəstəyi.
Biz istəyirik ki, yardıma ehtiyacı olanlar uşaqlara, leykozdan, USC-dən əziyyət çəkənlərə, ürək qüsuru ilə doğulanlara kömək edən təşkilatlar haqqında dolğun məlumat alsınlar. Biz istəyirik ki, diaqnozu eşidən insanlar həyatla vidalaşmasınlar- əksər xəstəliklərin müalicəsi mümkündür. Biz istəyirik ki, uşaq evinin direktorunun uşaq evlərinə yardım edən insanların olduğunu bilməməsi uşaq evində olan uşaqların ən vacib ehtiyaclarının ödənməməsinə səbəb olmasın.
Fəaliyyətin idarəsi, o cümlədən, xetriyyəçilər mühitində məsuliyyətin bölüşdürülməsi fəaliyyətinin.
Biz istəyirik ki, bizim yardımımız maksimal dərəcədə vaxtında və effektiv olsun və buna görə də, biz ümumi problemlərin həlli üçün işləmək mövqeyindən çıxış edirik. Biz bir-birimizlə rəqabət aparmırıq. Biz maddi və qeyri-maddi resursları birləşdirərək, birlikdə yardım edirik.
Bu və ya digər uşaq evlinə,internata yaxud, qocalar evinə ziyarətlərin müəyyənləşdirilməsi və idarəsi.
Biz istəyirik ki, bu və ya digər uşaq evinin, internatın yaxud, qocalar evinin yalnız bayramlarda deyil, adı günlərdə də ziyarətçiləri olsun. Eyni gündə, eyni internata bütün təşkilatların yalnız bir-birlərinin ziyarətindən məlumatlı olduqları üçün getmesinə lüzum yoxdur. Gəlin, bu bayramı bütün il boyu bəxş edək.
|
|
Humanitar və sosial təşəbbüslərin inkişaf etdirilməsinə, tədbiqinə və çoxaldılmasına çalışmaq.
Biz istəyirik ki, uğurlu və sosial tələbatlı kimi təsdiqlənmiş layihə və təşəbbüslər “birdəfəlik məhsul” olmasınlar, daha geniş yayılsınlar.
Konsultativ və elmi-metodiki fəaliyyətin həyata keçirilməsi.
Biz istəyirik ki,xeyriyyəçilik sahəsində yeni-yeni çalışmağa baçlayanlar, digərlərinin dəfələrlə etdiyi səhvləri təkrarlamasınlar. Beləliklə, gəlin, təcrübəmizi bölüşək və digərlərini səhvləri üzərində də öyrənək.
Sosial reklamların,posterlərin və prospektlərin hazırlanması
Biz öz tərəfdaş təşkilatlarımıza posterlərin, prospektlərin, və sosial reklamların hazırlanmasında dəstək oluruq.
Xeyriyyəçilik sahəsində ekspert-analitik fəaliyyətinin təmin olunması.
Biz istəyirik ki, ölkədə baş verən,bizim fəaliyyət predmetimizlə bir-başa bağlı olan bütün hadisələr kütləvi informasiya vasitələrindəekspertlər və mütəxəssislər tərəfindən işıqlandırısın.Qeyri-sağlam sensasiyalar olmasın və materiallar daim vaxtında və professional şəkildə olsun, çünki bu, materiallarda sözegedən problemlərin həlli üçün olduqca vacibdir.
|