Ру • Az • Eng
promomateriallar

Bizim promomateriallar

Həyatı rəngarəng elə. Yardım et. Video çarxı

Bizim İnternet portalımızın promo çarxı

 

 

Elə hamı kimi posterlər silsiləsi

“Sosial məsuliyyət və SƏN” adlı müsabiqə çərçivəsində işlənib.

Əlilliyi olan insanların cəmiyyətə inteqrasiyasına dəstək olmaq üçün hazırlanıb və yayılıb.Bu silsilənin məqsədi əlilliyi olan insanların hərəkət etməsi üçün lazımı şərait yaratmaq və şəhərin memarlıq və layihələşdirməsi ilə məşqul olan qurumların bu problemə diqqətin cəlb etməkdir. Yalnız bu standartlara riayət etməklə biz əlilliyi olan insanıların rahat hərəkət etmələri üçün şərait yaratmağa nail ola bilərik.

Fəaliyyətlərin yayımı elektron poçtu və ya müxtəlif internet səhifələrində yerləşdirməklə həyata keçiriləcək.

Həmçinin bu müsabiqənin çərçivəsində Etiket lüğəti işlənib. Bu lüğət normal insanların əlilliyi olan insanlarla daha sərbəst ünsiyyət qurasınız imkan yaradır. Bu layihənin məqsədi əlilliyi olan insanları fərqləndirmək deyil,  sadəcə bu layihə çərçivəsində hazırlanmış lüğət vasitəsi ilə normal insanların rəftar edə bilmədiyi və onlara yeni olan əlillik terminləri ilə tanış olmalarına yardım etməkdir. Əsasən bu lüğət öz fəaliyyətində daha çox əlilliyi olan insanlarla işləyən şəxslər üçün yararlıdır: jurnalistlər, xidmət sahəsinin əməkdaşları(otel, aeroport vağzal, restoran, xəstəxanalar) və s.,

Lüğətin yayımı elektron poçtu və müxtəlif internet saytlarında yerləşdirməklə həyata keçiriləcəkdir.

Ağacları qoruyun. Sosial video çarxı

“Sosial məsuliyyət və SƏN” adlı müsabiqə çərçivəsində işlənib

Biz çox zaman kağızları təkrar-təkrar çapa verərkən düşünmürük ki, hər çapa gedən kağız bir ağac parçasıdır. Və bu ağac parçasını israf edərkən ətraf mühitə ziyan vururuq.Bu sosial çarxla insanların hər birini sənədləri yazarkən onları, çapa vermədən öncə diqqətlə mətnləri yoxlamağa çağırırq, hər buraxılmış səhv yeni kağız bu isə bir parça ağac deməkdir.


 

Pərviz Allahverdiyevin xatirəsinə həsr olunmuş... Video çarxı

Video çarx Pərviz Allahverdiyevin xatirəsinə həsr olunmuş xeyriyyə gecəsi üçün hazırlanmışdır

 

 

© 2010 www.Yardim.az info@yardim.az